Bakıda ağır qəza: Tanınmış aparıcı Ada Süleymanova həlak olub

Bakının Lökbatan qəsəbəsində “VOYAH” markalı avtomobillə yük maşınının toqquşması nəticəsində keçmiş teleaparıcı Ada Süleymanova və sürücü Anar Kərimov həyatını itirib.

14

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində tanınmış teleaparıcı Ada Süleymanova və sürücü Anar Kərimov həyatını itirib.

MSNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, hadisə “VOYAH” markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində baş verib. Qəza barədə nazirliyin 112 qaynar xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalan sürücü Anar Alik oğlu Kərimovun və sərnişin Ada Ceyhun qızı Süleymanovanın meyitlərini xüsusi vasitələrlə çıxararaq aidiyyəti qurumlara təhvil veriblər.

Ada Süleymanova əvvəllər ARB televiziyasında aparıcı kimi fəaliyyət göstərib. Bildirilir ki, o, doğum gününü yaxınları ilə qeyd etdikdən sonra evə qayıdarkən qəzaya düşüb.

Hadisənin başvermə səbəbləri hələlik açıqlanmayıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.