Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də – Anım Günündə Bakıdakı Zəfər parkını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
MSNews.az xəbər verir ki, Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edib.
Daha sonra birinci xanım Mehriban Əliyeva şəhidlərin xatirəsini dərin hörmətlə anıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Anım Günü münasibətilə sosial şəbəkə hesablarında ayrıca paylaşım da edib.






