Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoyda ölkənin Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb.
MSNews.az xəbər verir ki, görüş dövlət başçısının Vyetnama rəsmi səfəri çərçivəsində Milli Assambleyanın binasında baş tutub.
Bu barədə “VietnamPlus” və “Báo Tin Tức” nəşrləri Vyetnam Xəbər Agentliyinə istinadən məlumat yayıblar.
Görüş Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın inkişafı fonunda keçirilib. Danışıqların məzmunu və mümkün razılaşmalar barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 19-da Vyetnama rəsmi səfərə gəlib. Dövlət başçısı səfər çərçivəsində Hanoyda Ho Şi Minin məqbərəsini və “İnqilab şəhidləri” abidəsini də ziyarət edib.










