ABŞ-da 76 qunduzu paraşütlə meşəyə atdılar – 75-i sağ qaldı

ABŞ-nin Aydaho ştatında 1948-ci ildə 76 qunduz təyyarədən paraşütlə ucqar meşə ərazisinə köçürülüb. Qeyri-adi əməliyyatın nəticələri ekosistemin bərpasına kömək edib.

16

ABŞ-da 1948-ci ildə həyata keçirilmiş qeyri-adi təbiəti mühafizə əməliyyatının detalları yenidən gündəmə gəlib. Aydaho ştatında 76 qunduz xüsusi taxta qutulara yerləşdirilərək təyyarədən paraşütlə ucqar meşə ərazisinə endirilib. Heyvanlardan 75-i sağ qalıb və yeni yaşayış mühitinə uyğunlaşıb.

MSNews.az xəbər verir ki, “Sözcü” nəşrinin məlumatına görə, əməliyyatın əsas məqsədi yaşayış məntəqələrində problemlər yaradan qunduzları insanların az məskunlaşdığı, ekoloji baxımdan uyğun ərazilərə köçürmək olub.

Həmin dövrdə Aydahoda yaşayış sahələrinin genişlənməsi qunduzlarla insanlar arasında qarşıdurmaları artırmışdı. Səlahiyyətli qurumlar heyvanları öldürmək əvəzinə, onları yollarla çatmağın çətin olduğu Çemberlen hövzəsinə aparmaq qərarına gəlib.

Əməliyyatın ən maraqlı tərəfi xüsusi paraşüt sisteminin hazırlanması olub. Aydaho Balıqçılıq və Ovçuluq Departamentinin əməkdaşı Elmo Heter İkinci Dünya müharibəsindən qalan paraşütlərdən istifadə edərək yerə enən zaman avtomatik açılan taxta qutular hazırlayıb.

Sistem əvvəlcə “Geronimo” adlı yaşlı qunduz üzərində sınaqdan keçirilib. Təcrübələr uğurlu nəticə verdikdən sonra 76 heyvanın havadan köçürülməsi həyata keçirilib. Onlardan yalnız biri eniş zamanı tələf olub. Bu barədə “Smithsonian Magazine” məlumat yayıb.

Yeni əraziyə uyğunlaşan qunduzlar su bəndləri quraraq yerli ekosistemin inkişafına töhfə veriblər. Bu bəndlər suyun axınını zəiflədir, torpaqda rütubətin saxlanmasına kömək edir və müxtəlif canlılar üçün yeni yaşayış mühiti yaradır.

Bununla belə, 1948-ci ildə köçürülən qunduzların həmin ərazidə torpaq eroziyasını tamamilə dayandırdığı elmi şəkildə təsdiqlənməyib. Onların ekosistemə müsbət təsiri isə qunduzların təbii mühitdə oynadığı mühüm rolla uyğun gəlir.

Hadisə bu gün də vəhşi heyvanların mühafizəsi tarixində ən qeyri-adi və uğurlu köçürmə əməliyyatlarından biri kimi xatırlanır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30