İlham Əliyev Ağdamda 700 min ağacın əkildiyi zeytun müəssisəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. 1150 hektarlıq bağda 700 mindən çox ağac əkilib, illik 10 min ton zeytun istehsalı planlaşdırılır.

37

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. Müəssisənin 1150 hektarlıq ərazisində 700 mindən çox zeytun ağacı əkilib, illik 10 min ton zeytun istehsalı planlaşdırılır.

MSNews.az xəbər verir ki, Aqroinkişaf 2017 MMC-nin direktoru Ruslan Sadıxov dövlət başçısına görülən işlər barədə məlumat verib. Prezidentin rəsmi saytında bildirilib ki, ərazilər minalardan təmizləndikdən sonra 2020-ci ilin dekabrından torpaqların əkinə hazırlanmasına başlanılıb. İlkin mərhələdə taxıl yetişdirilib və hər hektardan 40 sentner məhsul götürülüb.

Hazırda 1150 hektarda zeytun bağları salınıb. Gələcəkdə zeytun və badam ağaclarının ümumi sayının 1,5 milyona çatdırılması nəzərdə tutulur. Müəssisədə ildə 10 min ton zeytun və ya 2 min ton zeytun yağı istehsalı hədəflənir.

Layihə çərçivəsində suvarma kanalları çəkilib, 3,69 kilometrlik Eyvazxanbəyli–Xaçınçay avtomobil yolu təmir olunub, inzibati və texniki sahələr yaradılıb. Ərazidə 10 hektarlıq meşə massivi salınıb, daha 50 hektarda yaşıllıq sahəsinin yaradılması planlaşdırılır.

Dövlət başçısına şirkətin qoz və badam istehsalı layihələri barədə də məlumat verilib. Şəki və Oğuz rayonlarında 2 min hektardan çox qoz bağı salınması yekunlaşmaq üzrədir. Oğuzda illik 10 min ton istehsal gücünə malik qoz emalı avadanlıqları 2025-ci ildə istismara verilib. Məhsullar Türkiyə, Gürcüstan, Rusiya və İtaliyaya da ixrac olunur.

Prezidentə “Acınohur Zeytun vadisi” layihəsi barədə məlumat təqdim olunub. Sonda İlham Əliyev müəssisənin ərazisində zeytun ağacı əkib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti