Türkiyə Afrikada Rusiya ilə rəqabəti gücləndirir
Türkiyə Mali, Niger, Burkina-Faso və Çadda hərbi və iqtisadi təsirini genişləndirir. Ankara pilotsuz uçuş aparatları, müdafiə əməkdaşlığı, investisiyalar və təhsil layihələri vasitəsilə Rusiyanın da fəal olduğu Sahel regionunda mövqelərini möhkəmləndirir.
Nigerdə hərbi qiyam: Niameydə hava limanı və prezident iqamətgahı atəşə tutulub
Nigerdə qiyam qaldıran hərbçilər Niameydə Diori Hamani hava limanı, 101 saylı hərbi baza və prezident iqamətgahı ətrafındakı strateji obyektlərə hücum ediblər. Hazırkı hadisədə 35 nəfərin öldüyü barədə məlumat təsdiqlənməyib.