“Mançester Yunayted” sistemində çıxış edən 18 yaşlı Amir İbrahimov Rusiya millisinin geniş heyətinə daxil edilib. Rusiya Futbol İttifaqının açıqladığı siyahıda yarımmüdafiəçi kimi göstərilən İbrahimov millinin may-iyun aylarında keçirəcəyi yay toplanışı üçün namizədlər arasında yer alıb.
Valeri Karpinin rəhbərlik etdiyi Rusiya yığması bu toplanış çərçivəsində üç yoldaşlıq oyunu keçirəcək. Komanda 28 mayda Qahirədə Misirlə, 5 iyunda Volqoqradda Burkina-Faso ilə, 9 iyunda isə Kalininqradda Trinidad və Tobaqo ilə qarşılaşacaq.
Amir İbrahimov Dağıstanda anadan olub və hazırda “Mançester Yunayted”in U-21 komandasında çıxış edir. “Mançester Yunayted”in rəsmi profilində onun 2 aprel 2008-ci ildə doğulduğu və daha əvvəl İngiltərənin gənclər yığmaları səviyyəsində oynadığı qeyd olunur.