Burkina Fasoda çevriliş cəhdinin qarşısı alındı

Burkina Fasoda keçmiş keçid hökumətinin rəhbəri Paul-Henri Sandaogo Damiba tərəfindən təşkil edildiyi iddia olunan çevriliş cəhdi təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınıb.

277

Burkina Fasoda keçmiş keçid hökumətinin rəhbəri Pol-Anri Sandaoqo Damiba tərəfindən təşkil edildiyi iddia olunan çevriliş cəhdinin qarşısının alındığı açıqlanıb.

Ölkənin Təhlükəsizlik naziri Mahamadu Sana dövlət televiziyası RTB-yə verdiyi açıqlamada bildirib ki, 3 yanvar tarixində ölkədə sabitliyi pozmağa yönəlmiş təşəbbüs təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Nazir Sana qeyd edib ki, sözügedən çevriliş cəhdinin arxasında keçmiş keçid hökumətinin lideri Damiba dayanır. Onun sözlərinə görə, əsas məqsəd hazırkı hərbi idarəetmənin rəhbəri İbrahim Traoreni neytrallaşdırmaq olub.

Vəziyyətin tam nəzarət altında olduğunu vurğulayan Sana, hadisədə iştirak edən şəxslərin ədalət qarşısında cavab verəcəyini bildirib.

Qeyd edək ki, hazırkı hərbi rəhbər İbrahim Traore 30 sentyabr 2022-ci ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmiş polkovnik Pol-Anri Sandaoqo Damibanı vəzifəsindən kənarlaşdırmışdı. Damiba isə bundan əvvəl, 2022-ci ilin yanvarında dövrün prezidenti Roş Mark Kristian Kaboreni devirərək hakimiyyəti ələ almışdı.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.