Ərdoğanın səlahiyyətlərini o icra edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2–4 noyabr tarixlərində Cənubi Koreyaya səfəri zamanı prezident səlahiyyətlərini Cevdet Yılmaz icra edəcək. Qərar Türkiyə Konstitusiyasının 106-cı maddəsinə əsaslanan standart prosedurdur.

51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya rəsmi səfəri müddətində prezident səlahiyyətlərini onun müavini Cevdet Yılmaz icra edəcək. Qərar hakimiyyət dəyişikliyi ilə bağlı deyil və Türkiyə Konstitusiyasında nəzərdə tutulmuş adi hüquqi prosedurdur.

MSNews.az xəbər verir ki, bununla bağlı müvafiq sənəd noyabrın 2-də Türkiyənin rəsmi dövlət qəzeti olan “Resmi Gazete”də dərc edilib.

Sənədə əsasən, Ərdoğanın 2–4 noyabr 2026-cı il tarixlərində Cənubi Koreyada səfərdə olacağı müddətdə prezident səlahiyyətlərinin icrası Cevdet Yılmaza həvalə olunub.

Qərarın hüquqi əsasını Türkiyə Konstitusiyasının 106-cı maddəsi təşkil edir.

Həmin maddəyə görə, prezident xəstəlik, xarici səfər və digər səbəblərlə vəzifəsinin icrasından müvəqqəti ayrıldıqda onun səlahiyyətlərini prezident müavini həyata keçirir. Bu müddətdə müavin prezidentə məxsus konstitusion səlahiyyətlərdən istifadə edə bilir.

Qeyd edək ki, söhbət Ərdoğanın vəzifədən getməsindən, hakimiyyətin dəyişməsindən və ya fövqəladə vəziyyətdən getmir. Bu mexanizm prezidentin xarici səfərləri zamanı dövlət idarəçiliyində fasiləsizliyin təmin olunmasına xidmət edir.

Ərdoğan Türkiyəyə qayıtdıqdan sonra Cevdet Yılmazın prezident səlahiyyətlərini müvəqqəti icra etməsi başa çatacaq.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti