Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər.
MSNews.az xəbər verir ki, birgə nahar Ramzan Kadırovun Azərbaycana səfəri çərçivəsində baş tutub.
Bundan əvvəl Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib. Görüş zamanı tərəflər Azərbaycanla Çeçenistan arasında dostluq və əməkdaşlıq münasibətlərindən danışıblar, müxtəlif sahələrdə əlaqələrin perspektivlərini müzakirə ediblər.
Daha sonra İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər” layihəsi ilə tanış olublar. Kadırova vaxtilə “Qara şəhər” kimi tanınan ərazidə həyata keçirilən ekoloji və şəhərsalma layihəsi barədə məlumat verilib.
Rəsmi məlumata görə, bundan sonra Azərbaycan Prezidenti ilə Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər.







