Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfirini qəbul etdi

MHP sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovla görüşüb. Görüş Türkiyə-Azərbaycan münasibətlərinə dair Bağçalının mühüm mesajlar verdiyi gün baş tutub.

15

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovu qəbul edib. Görüş Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyətinə dair Bağçalının mühüm açıqlamalar verdiyi gün baş tutub.

MSNews.az xəbər verir ki, oktyabrın 23-də keçirilən görüş barədə məlumat MHP-nin rəsmi “X” sosial şəbəkə hesabında paylaşılıb.

Partiyanın paylaşımında Azərbaycanın səfiri Rəşad Aslanovun Dövlət Bağçalını ziyarət etdiyi bildirilib. Görüşdən videogörüntülər də yayımlanıb. Bu barədə “APA”  məlumat yayıb.

Görüşün gündəliyi və tərəflər arasında konkret hansı məsələlərin müzakirə edildiyi barədə ətraflı məlumat açıqlanmayıb.

Diqqətçəkən məqamlardan biri Dövlət Bağçalının elə həmin gün Azərbaycan-Türkiyə münasibətlərinə dair geniş açıqlama verməsidir.

MHP sədri partiyanın rəhbər orqanlarının birgə toplantısından sonra yaydığı bəyanatda iki ölkə arasında qarşılıqlı etimadın qorunmasının və həmrəyliyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Türkiyə ilə Azərbaycan arasındakı bağlar gündəlik siyasi hadisələrdən və müvəqqəti fikir ayrılıqlarından daha dərindir. Bu münasibətlər ortaq tarix, dil, mədəniyyət və qarşılıqlı etimad üzərində qurulub”, – deyə Bağçalı bildirib.

O qeyd edib ki, dövlətlər arasında fərqli yanaşmaların və həllini gözləyən məsələlərin olması mümkündür. Lakin belə məsələlər qarşılıqlı anlaşma və birbaşa dialoq vasitəsilə həll edilməlidir.

Bağçalı Türkiyə ilə Azərbaycan arasında etimadın qorunmasını Türk dünyasının ortaq gələcəyi baxımından əvəzolunmaz adlandırıb.

MHP sədri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə dəvət etməsinin də xüsusi əhəmiyyət daşıdığını bildirib.

Onun fikrincə, bu dəvət Azərbaycan-Türkiyə münasibətlərinin tarixi və strateji dəyərinin qorunması baxımından mühüm addımdır.

Bağçalı Türk dünyasının gələcəyinin müstəqil dövlətlərin suverenliyinə, bərabərhüquqlu tərəfdaşlığa və qarşılıqlı hörmətə əsaslanmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, səfir Rəşad Aslanov oktyabrın 22-də Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişlə də görüşüb. Həmin görüşdə ikitərəfli münasibətlər, regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparılıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Xəbər lenti