Hakan Fidan Abbas Araqçi ilə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqın paytaxtı Bağdadda iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. Tərəflər regional vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.
İlham Əliyev Qətər Əmiri ilə görüşdü
Prezident İlham Əliyev Bakıda Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Tərəflər Azərbaycan-Qətər münasibətlərinin inkişafını, hökumətlərarası komissiyanın fəaliyyətini və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.