İlham Əliyev İsxak Hersoqla görüşüb

Prezident İlham Əliyev oktyabrın 14-də İsrail Prezidenti İsxak Hersoqla görüşüb. Tərəflər Azərbaycanın AQEM-ə 2026–2028-ci illərdə sədrliyini, ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasında oktyabrın 14-də görüş keçirilib. Görüşdə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi, iki ölkə arasında münasibətlər, həmçinin beynəlxalq və regional gündəlikdə duran məsələlər müzakirə olunub.

MSNews.az xəbər verir ki, görüş zamanı İsrail Prezidenti İsxak Hersoq Azərbaycanı AQEM-ə sədrliyi münasibətilə təbrik edib.

İsrail dövlət başçısı Azərbaycanın 2026–2028-ci illərdə də təşkilata sədrliyini davam etdirməsini ölkəmizə göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirib və bu qərardan məmnunluğunu ifadə edib.

İsxak Hersoq Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlər arasında etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyinə verilən yüksək qiymətə görə İsrail Prezidentinə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı Azərbaycanın sədr ölkə olaraq təşkilata üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirdiyini vurğulayıb.

Görüşdə Azərbaycanın AQEM çərçivəsində fəaliyyətinin əhəmiyyəti qeyd olunub, təşkilat daxilində dövlətlərarası əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub.

Söhbət zamanı Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq və regional gündəlikdə duran məsələləri də müzakirə ediblər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.