Barron Trampın başına 10 milyon dollar qoyuldu

İran dövlət televiziyasında yayımlanan və SEPAH-la əlaqəli media tərəfindən hazırlanan videoda Donald Trampın oğlu Barron Trampın öldürülməsinə görə 10 milyon dollar mükafat təklif edildiyi iddia olunub. ABŞ Məxfi Xidməti videodan xəbərdar olduğunu və təhdidləri araşdırdığını bildirib.

99

İran dövlət televiziyası ABŞ Prezidenti Donald Trampın 20 yaşlı oğlu Barron Trampı hədəfə alan və onun öldürülməsinə görə 10 milyon dollar mükafat təklif edildiyini iddia edən video yayımlayıb.

MSNews.az xəbər verir ki, “Reuters” üç dəqiqəyə yaxın videonun İran dövlət televiziyasında nümayiş etdirildiyini və materialda Barron Trampın izlənildiyinin iddia olunduğunu bildirir. ABŞ Məxfi Xidməti videodan xəbərdar olduğunu təsdiqləyib.

Videoda həmçinin onun təhsil aldığı və tez-tez olduğu məkanlar, onlayn fəaliyyəti və mühafizəsi barədə müxtəlif iddialar irəli sürülüb. Təhlükəsizlik səbəbindən həmin detalları yayımlamırıq.

Lakin 10 milyon dollarlıq mükafatın İran hakimiyyəti və ya SEPAH tərəfindən rəsmi şəkildə təsis edildiyi müstəqil olaraq təsdiqlənməyib. Hazırda təsdiqlənən fakt İran dövlət televiziyasının belə bir iddianın yer aldığı təhdid xarakterli materialı yayımlamasıdır.

ABŞ Məxfi Xidmətinin sözçüsü Neyt Herrinq bildirib ki, qurum videodan xəbərdardır və mühafizə etdiyi şəxslərə yönəlmiş potensial təhdidləri araşdırır. O, əməliyyat təhlükəsizliyi səbəbindən əlavə məlumat açıqlamayacaqlarını deyib. Ağ Ev isə ilkin mərhələdə məsələ ilə bağlı ayrıca açıqlama verməyib.

Qeyd olunan videonu “Telegram” kanalımızdan izləyə bilərsiniz.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti