İran səfiri: “İlham Əliyev və Ərdoğanın mərasimə qatılacağını gözləyirdik”

İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Azərbaycan və Türkiyə prezidentlərinin Əli Xameneinin vida mərasimində şəxsən iştirak edəcəyini gözlədiklərini bildirib.

7

İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın mərhum ali rəhbəri Əli Xameneinin vida mərasimində şəxsən iştirak edəcəyini gözlədiklərini bildirib.

MSNews.az xəbər verir ki, diplomat bu barədə iyulun 8-də İrəvanda keçirdiyi mətbuat konfransında danışıb.

“İran vətəndaşı kimi deyə bilərəm ki, Əliyev və Ərdoğanın bu tədbirdə şəxsən iştirakını gözləyirdik. Türkiyə və Azərbaycan nümayəndə heyətləri göndərdi, lakin bu fakt tarixi yaddaşda qalacaq”, – deyə Şirqolami bildirib.

O, eyni zamanda, mərasimdə hansı səviyyədə təmsil olunmağın hər bir ölkənin daxili siyasi qərarı olduğunu vurğulayıb. Bu barədə “NEWS.am” məlumat yayıb.

Azərbaycan mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Türkiyəni isə mərasimdə vitse-prezident Cövdət Yılmaz təmsil edib. “Anadolu Agentliyi” yazır ki, Yılmaz Tehrandakı dövlət mərasimində xarici işlər nazirinin müavini Musa Kulaklıkaya və digər rəsmilərlə birlikdə iştirak edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə mərasimə şəxsən qatılıb. İran Prezidenti Məsud Pezeşkian daha sonra Paşinyana iştirakına görə təşəkkür edib.

Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin birgə hava zərbəsi nəticəsində öldürülüb. Onunla vida və dəfn mərasimləri iyul ayında Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəddə keçirilib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031