Qaradağda 27 milyon manatlıq yeni zavod açıldı

Prezident İlham Əliyev Qaradağ rayonunda “Fabriora Group”un 27 milyon manat investisiya qoyulan kağız və gigiyenik məhsullar müəssisəsinin açılışında iştirak edib. Zavodda 240 daimi iş yerinin yaradılması planlaşdırılır.

71

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakının Qaradağ rayonunda “Fabriora Group” MMC-nin 27 milyon manatlıq kağız və gigiyenik məhsullar istehsalı müəssisəsinin açılışında iştirak edib.

MSNews.az xəbər verir ki, dövlət başçısına iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uyğur müəssisənin fəaliyyəti barədə məlumat veriblər.

Təxminən 11 hektar ərazidə yerləşən müəssisədə uşaq bezləri, müxtəlif növ salfetlər, yuyucu vasitələr və digər kağız-gigiyena məhsulları istehsal ediləcək. İstehsalda həm yerli, həm də xaricdən gətirilən xammal və materiallardan istifadə olunacaq. Zavod Almaniya, İtaliya və Türkiyənin müasir, yüksək avtomatlaşdırılmış texnologiyaları ilə təchiz edilir.

Müəssisədə istehsal ediləcək məhsullar daxili bazarla yanaşı, Gürcüstan, Qazaxıstan, Rusiya, Yaxın Şərq ölkələri və digər xarici bazarlara ixrac olunacaq. Burada 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

“Fabriora Group”un müəssisəsi İqtisadiyyat Nazirliyinin tabeliyindəki Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.

Şirkət investisiya təşviqi sənədi çərçivəsində istehsal avadanlığının idxalı zamanı ƏDV və gömrük rüsumlarından ümumilikdə 1 milyon manatlıq güzəşt əldə edib.

Yeni müəssisənin fəaliyyətə başlaması yerli gigiyena məhsulları istehsalının genişləndirilməsi, idxaldan asılılığın azaldılması və Azərbaycan istehsalı olan məhsulların xarici bazarlara çıxış imkanlarının artırılması baxımından əhəmiyyətli hesab olunur.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.