Azərbaycan İrana humanitar yardım göndərdi

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi İrana 10 ton un, 6 ton düyü, dərman və digər humanitar yardım göndərib.

184

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmiz İrana humanitar yardım göndərib.

Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə çatdırılan yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan çox içməli su, təxminən 600 kq çay, həmçinin təxminən 2 ton dərman və tibbi ləvazimat daxildir. Yardım paketləri İranda yaşayan və ehtiyacı olan insanlara dəstək məqsədilə təqdim olunacaq.

Bu humanitar təşəbbüs Azərbaycan-İran dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə xidmət edir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.