İranda etirazçıları “təmizləyən” snayper görüntüləri gündəm oldu

İranda iqtisadi və sosial narazılıqlar səbəbindən başlayan etirazlar davam edir. Hökumət və müxalifət arasında gərginlik artır, minlərlə insan saxlanılıb və sosial mediada kəskin görüntülər yayılıb.

18

İranda təxminən üç həftədir davam edən etiraz dalğası ölkə daxilində ciddi narazılığa çevrilib. Rəsmi olmayan məlumata görə, etirazlarda həyatını itirənlərin sayı 3 308-ə çatıb, bu rəqəm zaman-zaman artmaqda davam edir. Ölkənin ali dini lideri Ayetullah Əli Xamenei uzun müddət susduqdan sonra TV qarşısında çıxış edərək ilk dəfə bu itkiləri etiraf edib. İranda etirazçıları məhv etmək üçün mediada yayılan snayper görüntüləri isə həm ölkə, həm də dünya gündəmində bomba effekti yaradıb.

İsfahan şəhərində yerləşən bələdiyyə binasının damında silahlı şəxsin etirazçıları hədəf aldığı iddia edilən görüntülər sosial mediada geniş müzakirə olunur. Bu kadrlar İran daxilində və xaricdə böyük reaksiya doğurub.

Ölkə üzrə aparılan hesablamalara görə, indiyədək təxminən 24 266 nəfər saxlanılıb, etirazlar zamanı minlərlə insan yaralanıb. Rəsmi mənbələr isə ictimai əhval-ruhiyyəni “qızışdıran şəxslər” barədə xəbərdarlıq edir.