Rusiyada 36 yaşlı azərbaycanlı prodüser Elmir Məhərrəmov ölü tapılıb.
MsNews.az Axşam.az-a istinadən xəbər verir ki, musiqi prodüseri Elmir Məhərrəmov 36 yaşında Rusiyanın paytaxtı Moskvada vəfat edib.
Onun meyiti noyabrın 23-də Moskvanın qərbində, Vasili Lanovoy küçəsində aşkarlanıb. Onun ölüm səbəbi hələlik müəyyənləşməyib. Prodüserin intihar etdiyi və ya bədbəxt hadisə nəticəsində həyatını itirdiyi ehtimal olunur.