Azərbaycanda yaşayış minimumu artırılır

Azərbaycanda 2027-ci ildə yaşayış minimumu və ehtiyac meyarının 300 manatdan 314 manata yüksəldilməsi nəzərdə tutulur. Artım 14 manat təşkil edəcək.

71

Azərbaycanda 2027-ci ildə yaşayış minimumu və ehtiyac meyarının artırılması planlaşdırılır. Növbəti il hər iki göstəricinin 300 manatdan 314 manata yüksəldilməsi nəzərdə tutulur. Bu isə 14 manat və ya təxminən 4,7 faiz artım deməkdir.

MSNews.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Komitə sədri bildirib ki, 2027-ci ildə yaşayış minimumu və ehtiyac meyarı 314 manat təşkil edəcək.

“Yaşayış minimumu və ehtiyac meyarının yuxarı həddi cari ildəki məbləğdən 14 manat artacaq. Artıq dörd ildir ehtiyac meyarı yaşayış minimumuna bərabərləşib və belə davam edir”, – deyə Musa Quliyev vurğulayıb.

“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində müxtəlif əhali qrupları üzrə yaşayış minimumunun yeni məbləğləri də əks olunub.

Əhali qrupu 2026 2027-ci il layihəsi
Ölkə üzrə 300 ₼ 314 ₼
Əmək qabiliyyətli əhali 317 ₼ 334 ₼
Pensiyaçılar 245 ₼ 258 ₼
Uşaqlar 260 ₼ 274 ₼
Ehtiyac meyarı 300 ₼ 314 ₼

Ehtiyac meyarı aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyin edilməsində istifadə olunan əsas göstəricilərdən biridir.

Bu məbləğin artırılması sosial yardımın hesablanmasına təsir göstərə bilər. Lakin ehtiyac meyarının 314 manat olması hər bir vətəndaşa həmin məbləğdə ödəniş veriləcəyi demək deyil.

Yaşayış minimumu isə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə minimum istehlak tələbatını qiymətləndirmək üçün müəyyən olunan sosial göstəricidir.

Musa Quliyev bildirib ki, ehtiyac meyarının yaşayış minimumuna bərabər saxlanılması sosial siyasətdə müsbət göstəricidir.

Qeyd edək ki, yeni məbləğlər hələ qanun layihəsində nəzərdə tutulub. Qanunvericilik prosedurları tamamlandıqdan sonra onların 2027-ci il yanvarın 1-dən tətbiqi gözlənilir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti