İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

zərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğızıstana dövlət səfərinə gəlib. Dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Çolpon-Atada Prezident Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.

82

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğızıstan Respublikasına dövlət səfərinə gəlib.

MSNews.az xəbər verir ki, dövlət başçısını daşıyan təyyarə Çolpon-Ata şəhərindəki İssık-Kul Beynəlxalq Hava Limanına enib. Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.

Qırğızıstanın “Kabar” agentliyi də Azərbaycan Prezidentinin dövlət səfəri ilə Çolpon-Ataya gələcəyini əvvəlcədən açıqlamışdı.

Səfər çərçivəsində Azərbaycan və Qırğızıstan liderləri arasında ikitərəfli danışıqların keçirilməsi, dövlətlərarası əməkdaşlığın müxtəlif istiqamətlərinin müzakirəsi nəzərdə tutulur.

Prezident İlham Əliyev, həmçinin iyulun 30-dan avqustun 1-dək Çolpon-Atada keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi məsləhətləşmə görüşündə iştirak edəcək. Toplantıda ticarət, nəqliyyat, energetika, turizm, humanitar əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.