Azərbaycan, ABŞ və Ermənistan TRIPP üzrə iki işçi qrupu yaratdı

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsinin icrası üçün üçtərəfli texniki planlaşdırma qruplarını fəaliyyətə başlayıb. Nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə əməkdaşlıq genişləndirilir.

29

Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. İlkin mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə iki işçi qrupunun yaradılması razılaşdırılıb.

MSNews.az xəbər verir ki, bu barədə üç ölkənin noyabrın 6-da yaydığı birgə bəyanatda bildirilib. Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi də təsdiqləyib.

İşçi qruplarının fəaliyyətə başlaması ilə bağlı görüşdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan və Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan iştirak ediblər.

Tərəflərin razılaşmasına əsasən, yaradılan qruplar nəqliyyat əlaqələrinin inkişafı, elektrik enerjisinin ötürülməsi, mürəkkəb texniki məsələlərin həlli və TRIPP marşrutunun digər regional infrastruktur şəbəkələrinə inteqrasiyası istiqamətində fəaliyyət göstərəcəklər.

Yeni əməkdaşlıq formatı üç ölkənin hökumət nümayəndələrini və texniki ekspertlərini bir araya gətirərək regionda uzunmüddətli sabitliyin, iqtisadi əlaqələrin və ticarətin inkişafına töhfə verməyi hədəfləyir.

Birgə bəyanatda 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə qəbul edilmiş Sülh Sammiti Bəyannaməsinin əhəmiyyəti də vurğulanıb.

Tərəflər TRIPP layihəsinin bütün komponentlərinin qısa müddətdə praktiki icrasına başlanılması ilə bağlı öhdəliklərini bir daha təsdiqləyiblər.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti