Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 12-də Azərbaycana rəsmi səfərə gəlib. Ali qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan rəsmiləri qarşılayıblar.
Azərbaycanın Tailanddakı səfirliyi Banqkokda açıldı
Banqkokda Azərbaycanın Tailand Krallığındakı səfirliyinin rəsmi açılışı keçirilib. Mərasimdə Elnur Məmmədov və Vijavat İsarabhakdi iştirak edib, dövlət bayrağı qaldırılıb və rəsmi qəbul təşkil olunub.