Azərbaycanın Tailanddakı səfirliyi Banqkokda açıldı

Banqkokda Azərbaycanın Tailand Krallığındakı səfirliyinin rəsmi açılışı keçirilib. Mərasimdə Elnur Məmmədov və Vijavat İsarabhakdi iştirak edib, dövlət bayrağı qaldırılıb və rəsmi qəbul təşkil olunub.

378

11 dekabrda Banqkok şəhərində Azərbaycanın Tailand Krallığındakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Xarici İşlər Nazirliyinin məlumatına görə, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Tailandın xarici işlər nazirinin müavini Vijavat İsarabhakdi iştirak ediblər.

Açılış mərasimi Azərbaycanın dövlət bayrağının səfirlik binası qarşısında qaldırılması ilə başlayıb. Daha sonra hər iki ölkənin rəsmiləri səfirliyin fəaliyyətə başlamasını simvolizə edən lenti kəsiblər.

Tədbirin davamında diplomatik korpusun üzvlərinin, rəsmi şəxslərin və qonaqların iştirakı ilə rəsmi qəbul təşkil olunub.

Azərbaycan-Tailand münasibətlərinin inkişafında mühüm mərhələ sayılan bu addım iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.