ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilər nəticəsində ölkə tarixində ilk dəfə Konqresdə rekord sayda – 17 açıq LGBT siyasətçi təmsil olunacaq. Onlardan 15-i Nümayəndələr Palatasında, ikisi isə Senatda fəaliyyət göstərəcək.
MSNews.az xəbər verir ki, bu barədə Konqresdə LGBT hüquqları ilə bağlı fəaliyyət göstərən Congressional Equality Caucus təşkilatı məlumat yayıb.
Təşkilat seçkilərin nəticələrini şərh edərkən “Amerika xalqı öz sözünü dedi. 120-ci Konqres rəsmən tarixdə ən çox gey nümayəndənin təmsil olunduğu Konqres olacaq!” bəyanatını yayıb.
Seçkilərin diqqətçəkən nəticələrindən biri Nyu-Hempşir ştatında qeydə alınıb. Demokrat Kris Pappas ABŞ Senatına seçilən ilk açıq gey kişi olub. O, respublikaçı Con Sunununu məğlub edib. Qeyd edək ki, Temmi Bolduin 2012-ci ildə Senata seçilən ilk açıq lesbiyan qadın olmuşdu.
İndiana ştatından Cey Di Ford Konqresə seçilən ilk açıq gey kişi kimi tarixə düşüb. Miçiqandan Ceremi Moss da Nümayəndələr Palatasına seçilərək ştatında analoji tarixi nəticəyə imza atıb.
“Washington Blade” nəşrinin məlumatına görə, federal seçkilərdə iştirak edən 18 açıq LGBT namizəddən 17-si qalib gəlib.
Yeni seçilmiş 120-ci Konqres 2027-ci ilin yanvarında fəaliyyətə başlayacaq.