Suriyanın Dəməşq vilayətinin Rankus şəhərində İŞİD terror təşkilatı ilə əlaqəli olduğu bildirilən silahlı qrupa qarşı genişmiqyaslı təhlükəsizlik əməliyyatı keçirilib. Qarşıdurma nəticəsində 2 təhlükəsizlik əməkdaşı və 5 silahlı şəxs həlak olub, daha 5 təhlükəsizlik əməkdaşı yaralanıb. Suriya hakimiyyəti 6 nəfərin saxlanıldığını açıqlasa da, yerli sakinlər öldürülən şəxslərin İŞİD-lə əlaqəli olması barədə iddiaları şübhə altına alıblar.
MSNews.az xəbər verir ki, əməliyyat oktyabrın 22-də Suriyanın Daxili Təhlükəsizlik Qüvvələri və Baş Kəşfiyyat İdarəsinin birgə iştirakı ilə keçirilib. Bu barədə “SANA” dövlət agentliyi və “Anadolu Agentliyi” məlumat yayıb.
Suriya Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, əməliyyat kəşfiyyat məlumatları əsasında şübhəli şəxslərin saxlanılması və dindirilməsi məqsədilə başladılıb.
Lakin təhlükəsizlik qüvvələri əraziyə daxil olarkən silahlı müqavimətlə qarşılaşıblar. Nazirlik bildirir ki, silahlı şəxslərin intensiv atəş açması nəticəsində iki təhlükəsizlik əməkdaşı ölüb, beşi yaralanıb. Bundan sonra təhlükəsizlik qüvvələri cavab atəşi açıblar.
Rəsmi məlumatlara görə, qarşıdurma zamanı İŞİD-lə əlaqəli olduğu iddia edilən qrupun beş üzvü öldürülüb, altı nəfər isə saxlanılıb.
Əməliyyat zamanı silahlar və partlayıcı kəmərlər də ələ keçirilib. Suriya Daxili İşlər Nazirliyi saxlanılan şəxslərlə bağlı ilkin istintaqın məhkəmə orqanlarının nəzarəti altında davam etdiyini açıqlayıb.
Qurum istintaq yekunlaşdıqdan sonra əməliyyatın nəticələrinin və əldə olunan sübutların ictimaiyyətə təqdim ediləcəyini bildirib.
Onların sözlərinə görə, öldürülənlər şəhərdə tanınan şəxslər olublar və terror təşkilatı ilə əlaqələri barədə məlumat olmayıb.
Oktyabrın 23-də onlarla sakin Rankusda etiraz aksiyası keçirərək hadisənin şəffaf araşdırılmasını tələb edib.
SOHR müstəqil araşdırmanın aparılmasına və təhlükəsizlik qüvvələrinin irəli sürdüyü ittihamların sübutlarla əsaslandırılmasına çağırıb.
Həmin əməliyyatda iki şübhəli saxlanılmış, partlatmağa hazır vəziyyətə gətirilmiş partlayıcı qurğu ələ keçirilmişdi.
Suriya hakimiyyəti ölkədə terror təşkilatlarının gizli şəbəkələrinin aşkarlanması və mümkün hücumların qarşısının alınması istiqamətində əməliyyatların davam etdirildiyini bildirir.