İlham Əliyev Donald Trampa təşəkkür edib

Prezident İlham Əliyev TRIPP layihəsinin başlanması münasibətilə Donald Trampın ünvanladığı xoş sözlərə görə təşəkkür edib. Dövlət başçısı ABŞ liderinə səmimi minnətdarlığını bildirib.

15

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin başlanması münasibətilə ünvanladığı xoş sözlərə görə təşəkkür edib.

MSNews.az xəbər verir ki, dövlət başçısı noyabrın 23-də sosial şəbəkə hesabında ABŞ liderinə müraciət ünvanlayıb.

“Hörmətli Prezident Donald Tramp, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin başlanması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Bundan əvvəl Donald Tramp TRIPP layihəsinin praktiki icrasına başlanmasını alqışlayaraq Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana regional sülh prosesində əməkdaşlığa görə təşəkkür etmişdi.

TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılmasını, həmçinin Cənubi Qafqazda beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Layihə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə əldə edilmiş razılaşmaların mühüm istiqamətlərindən biridir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30