Almaniyanın Bavariya federal əyalətinin iqtisadiyyat naziri və baş nazirin müavini Hubert Ayvanqer Berlindəki otel otağında ölü tapılıb. “Azad Seçicilər” partiyasının 55 yaşlı liderinin ölüm səbəbi hələlik məlum deyil.
MSNews.az xəbər verir ki, hadisə noyabrın 4-də Berlinin Mitte rayonundakı “Neuer Fritz” otelində baş verib.
Məlumatı ilk olaraq “Bild” qəzeti yayıb.
Ayvanqer həmin gün partiyasının Berlindəki yeni ofisinin açılışında iştirak etməli idi. Lakin səhhətinin pisləşməsi səbəbindən tədbirə qatılmayıb. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb və siyasətçi otel otağında ölü aşkarlanıb.
Berlin polisi və prokurorluğu ölüm faktını rəsmən təsdiqləyib. Ölümün səbəbini və şəraitini müəyyənləşdirmək, eləcə də kənar müdaxilə ehtimalını istisna etmək məqsədilə araşdırmaya başlanılıb.
Bavariyanın Baş naziri Markus Zöder hadisədən dərin sarsıntı keçirdiyini bildirərək Ayvanqerin ailəsinə başsağlığı verib.
“Reuters” agentliyinin məlumatına görə, Ayvanqer 2018-ci ildən Bavariyanın iqtisadiyyat naziri və baş nazirin müavini vəzifələrini icra edirdi.