“Nvidia”nın rəhbəri Censen Huanq istefa verdi

“Nvidia”nın qurucusu və baş direktoru Censen Huanq çinli biznes qadını ilə münasibəti və casusluq iddialarının yaratdığı qalmaqaldan sonra istefa verib. Şirkətin müvəqqəti rəhbəri Kolet Kress təyin edilib.

12

Dünyanın aparıcı süni intellekt çipləri istehsalçılarından biri olan “Nvidia”nın qurucusu və baş direktoru Censen Huanq istefa verib. Qərar 63 yaşlı iş adamının Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibəti barədə məlumatların və şəxsi həyatı ilə bağlı yeni iddiaların gündəmə gəlməsindən sonra qəbul edilib.

MSNews.az xəbər verir ki, bu barədə noyabrın 12-də Reuters və Associated Press agentlikləri məlumat yayıblar. Şirkət də rəhbər dəyişikliyini təsdiqləyib.

“Nvidia”nın Direktorlar Şurası Huanqın baş direktor, prezident və idarə heyətinin üzvü vəzifələrindən istefasını qəbul edib. Şirkətin maliyyə direktoru Kolet Kress müvəqqəti baş direktor təyin olunub. Daimi rəhbərin müəyyənləşdirilməsi üçün namizəd axtarışına başlanılıb.

Qalmaqal Huanqın Sinqapurda fəaliyyət göstərən “Megaspeed” şirkətinin keçmiş rəhbər şəxslərindən biri, Elis Huanq ilə münasibəti barədə xəbərlərin yayılmasından sonra başlayıb.

ABŞ rəsmilərinin həmin qadının Çin kəşfiyyatı ilə əlaqəli olmasından şübhələndiyi bildirilir. İddialara görə, onun Huanqla yaxınlığı Amerikanın qabaqcıl mikroçiplərinin Çinə ötürülməsi ilə bağlı təhlükəsizlik riskləri yaradıb.

Censen Huanq noyabrın 8-də əməkdaşlarına göndərdiyi məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edərək ailəsindən üzr istəyib. Bununla belə, o, şirkətin kommersiya sirlərinin və ya ABŞ-ın milli təhlükəsizliyinin pozulduğunu təsdiqləməyib.

“Nvidia”nın Direktorlar Şurası isə xarici kəşfiyyatın mümkün təsiri ilə bağlı müstəqil araşdırma başladığını açıqlayıb.

Şirkət bəyan edib ki, hazırda məxfi məlumatların ələ keçirildiyinə və ya milli təhlükəsizliyə zərər dəydiyinə inanmaq üçün əsas görmür.

İstefadan bir qədər əvvəl Huanqın “Nvidia”nın rəhbər vəzifəli əməkdaşlarından biri ilə də nikahdankənar münasibətdə olduğu barədə yeni iddialar yayılıb. Bu məlumatlar da qalmaqalı daha da dərinləşdirib.

İstefa xəbəri maliyyə bazarlarında kəskin reaksiyaya səbəb olub. “Nvidia” səhmləri noyabrın 12-də birjaöncəsi ticarətdə təxminən 10% ucuzlaşıb.

Qeyd edək ki, Huanqın casusluq fəaliyyətində iştirak etdiyi və ya qadağan olunmuş mikroçiplərin Çinə ötürülməsinə bilərəkdən kömək etdiyi sübuta yetirilməyib. Bu istiqamətdə araşdırmalar davam edir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti