İlham Əliyev Ərdoğanın şərəfinə Xankəndidə rəsmi ziyafət verdi

Xankəndidə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət təşkil olunub. Tədbirdə konsert proqramı təqdim edilib.

28

Noyabrın 8-də Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. Tədbir Türkiyə dövlət başçısının Azərbaycana səfəri çərçivəsində baş tutub.

MSNews.az xəbər verir ki, rəsmi ziyafətdə qonaqlar üçün konsert proqramı təqdim olunub.

Konsert proqramından sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan incəsənət xadimləri ilə görüşüblər.

Dövlət başçıları və ailə üzvləri, həmçinin Vətən Müharibəsi Qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif edilmiş hərbi qulluqçularla bir araya gəliblər. Görüş zamanı incəsənət xadimləri və hərbi qulluqçularla xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana rəsmi səfərə gəlib. Türkiyə liderini və xanımı Əminə Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.

Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri Şuşada təkbətək görüş keçirib, mətbuata bəyanatlarla çıxış edib, Xocalı Soyqırımı Memorialını və Xankəndidəki Zəfər abidəsini ziyarət ediblər.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti