40 yaşlı David Silva 3 ildən sonra meydana qayıtdı və qol vurdu

İspaniya futbolunun əfsanəsi David Silva üç ildən sonra ilk oyununda fərqlənib. 40 yaşlı futbolçu Honkonqun “Şatin” klubunda debüt edərək penalti zərbəsindən qol vurub.

28

İspaniya millisinin və İngiltərənin “Mançester Siti” klubunun sabiq ulduzu David Silva üç ildən artıq fasilədən sonra yenidən futbol meydanına çıxıb. 40 yaşlı yarımmüdafiəçi Honkonqun “Şatin” klubunda keçirdiyi ilk oyundaca qol vuraraq diqqət mərkəzinə düşüb.

MSNews.az xəbər verir ki, Silva Honkonq çempionatının VIII turunda “Honkonq Reyncers”ə qarşı görüşdə meydana çıxıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Təcrübəli futbolçu 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib. Silva 84 dəqiqə meydanda qalıb və görüşün ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, ispaniyalı ulduz 2023-cü ildə dizinin çarpaz bağlarının qopması səbəbindən peşəkar karyerasını başa vurmuşdu. Onun sonuncu rəsmi oyunu həmin il mayın 23-də “Real Sosyedad”ın heyətində olmuşdu.

Silva oktyabr ayında “Şatin”lə ilkin olaraq bir oyunluq razılaşma əldə edib. “South China Morning Post” nəşrinə açıqlamasında futbolçu yalnız bir qarşılaşma üçün gəldiyini, lakin gələcəkdə yenidən oynamaq ehtimalını tam istisna etmədiyini bildirib.

“Şatin” rəhbərliyi futbolçunun fiziki vəziyyəti və çıxışını qiymətləndirdikdən sonra əməkdaşlığın davam etdirilib-etdirilməyəcəyinə qərar verəcək.

Xatırladaq ki, David Silva İspaniya millisi ilə 2010-cu ildə dünya çempionu, 2008 və 2012-ci illərdə isə Avropa çempionu olub. O, “Mançester Siti”nin heyətində dörd dəfə İngiltərə Premyer Liqasının qalibi adını qazanıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti