Cəbrayılda 70 milyon manatlıq zavod açıldı

Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda 70 milyon manatlıq içki zavodunun açılışında iştirak ediblər. Müəssisədə 300 nəfər çalışacaq.

38

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda 70 milyon manat dəyərində inşa edilmiş “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

MSNews.az xəbər verir ki, açılış zamanı Azərsun Holdinqin müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verib.

Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən, 10 hektar ərazini əhatə edən zavodun illik istehsal gücü 150 min ton təşkil edir. Müəssisədə qazlı və qazsız sular, soyuq çay, meyvə tərkibli, vitaminli və azkalorili içkilər istehsal olunacaq. Məhsulların həm daxili bazarda satışı, həm də xaricə ixracı planlaşdırılır.

İtaliya istehsalı olan müasir avadanlıqlarla təchiz edilən zavodda istehsal prosesi suyun təmizlənməsindən məhsulların qablaşdırılmasına qədər bütün mərhələləri əhatə edir.

70 milyon manatlıq layihənin maliyyələşdirilməsinə özəl vəsait və bank kreditləri ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun dəstəyi ilə 5 milyon manat güzəştli kredit, həmçinin əlavə 5 milyon manatlıq kredit üzrə zəmanət və faiz subsidiyası cəlb edilib.

Müəssisədə 300 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Zavodun fəaliyyəti regionda qida sənayesinin inkişafına, məşğulluğun artırılmasına və ölkənin ixrac potensialının genişlənməsinə xidmət edəcək.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti