İlham Əliyev dövlətə məxsus kredit təşkilatları ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev dövlətə məxsus bank və bank olmayan kredit təşkilatlarının idarə olunması ilə bağlı fərmana dəyişiklik edib. Yenidən təşkil və ləğv qərarlarını Prezident verəcək.

376

Prezident İlham Əliyev “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” 7 avqust 2009-cu il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda dövlətə məxsus bank və bank olmayan kredit təşkilatlarının yenidən təşkili və ya ləğvi ilə bağlı qərarlar birbaşa Prezident tərəfindən veriləcək. Eyni zamanda, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatlarının nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının müəyyən edilməsi məsələlərini Prezidentlə razılaşdırmalı olacaq. Dəyişikliklər dövlətə məxsus maliyyə qurumlarının idarəetməsində mərkəzləşdirilmiş nəzarətin gücləndirilməsinə yönəlib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.