Meksikada 33 metrlik nəhəng skelet Ginnesin rekordunu qırdı

Meksikanın paytaxtında Ölülər Günü münasibətilə ucaldılan 33,4 metrlik Kalavera Katrina heykəli dünyanın ən hündür Katrina fiquru kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

48

Meksikanın paytaxtı Mexikoda Ölülər Günü münasibətilə ucaldılan nəhəng Kalavera Katrina (La Calavera Catrina) fiquru Ginnesin yeni dünya rekorduna imza atıb. Hündürlüyü 33,41 metr olan heykəl dünyanın ən hündür Katrina fiquru kimi rəsmən tanınıb.

MSNews.az xəbər verir ki, heykəl Mexikonun mərkəzində yerləşən Sokalo meydanında quraşdırılıb.

Təxminən 11 mərtəbəli bina hündürlüyündə olan fiqur 2023-cü ildə Puerto-Valyartada qeydə alınmış 28,15 metrlik əvvəlki rekordu geridə qoyub.

Heykəlin hazırlanmasında 140-dan çox mütəxəssis iştirak edib. Polad, şüşəplastik və digər materiallardan hazırlanan konstruksiya 27 metrdən uzun bənövşəyi libasla bəzədilib.

Nəhəng fiqurun ətrafında təxminən 70 min dekorativ gül bitkisi yerləşdirilib. Əsər Meksikanın ənənəvi Ölülər Günü bayramının əsas simvollarından biri olan Katrinaya həsr edilib.

Qeyd edək ki, hər il noyabrın 1–2-də qeyd olunan Ölülər Günü Meksikada vəfat etmiş yaxınların xatirəsinin anılması və onların həyatının yad edilməsi ənənəsidir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti