Tatyana Kim 5 milyard dollarla Rusiyanın ən varlı qadınıdır

“Forbes”un 2026-cı il reytinqində "Wildberries"-in qurucusu Tatyana Kim 5 milyard dollarlıq sərvətlə yenidən Rusiyanın ən varlı qadını seçilib. O, siyahıya beşinci dəfə başçılıq edir.

68

“Wildberries”-in qurucusu Tatyana Kim 5 milyard dollarlıq sərvətlə 2026-cı ildə də Rusiyanın ən varlı qadını statusunu qoruyub.

MSNews.az xəbər verir ki, “Forbes” jurnalının açıqladığı “Rusiyanın 20 ən varlı qadını – 2026” reytinqində 50 yaşlı sahibkar ardıcıl siyahılarda yenidən birinci yeri tutub. Kim bu reytinqə ümumilikdə beşinci dəfə başçılıq edir. O, daha əvvəl 2021, 2023, 2024 və 2025-ci illərdə də birinci olub. 2022-ci ildə isə jurnal bu reytinqi dərc etməyib.

Bununla belə, Kimin sərvəti son bir ildə əhəmiyyətli dərəcədə azalıb. “Forbes” 2025-ci ildə onun kapitalını 7,1 milyard dollar, 2026-cı ilin fevralında qlobal milyarderlər reytinqində isə 8,1 milyard dollar qiymətləndirmişdi. Avqust reytinqində bu göstərici 5 milyard dollara enib. Jurnal qiymətləndirmənin azalmasına maliyyə bazarlarındakı vəziyyətin və iyulda “Wildberries” anbarlarına edilən hücumların nəticələrinin təsir göstərdiyini qeyd edir.

Reytinqdə ikinci yeri 1,3 milyard dollarla “Inteco Management”-in prezidenti Yelena Baturina, üçüncü yeri isə 1,25 milyard dollarla “BFA-Development”ın baş direktoru Lyudmila Koqan tutub. Dördüncü sırada 1 milyard dollarlıq sərvətlə Yekaterina Fedun, beşinci yerdə isə 950 milyon dollarla Tatyana Volodina qərarlaşıb.

Bu məlumatları “Vedomosti” də təsdiqləyib.

“Forbes”un hesablamalarına görə, siyahıya daxil olan qadınların ümumi sərvəti bir il ərzində 25,75 milyard dollardan 18,95 milyard dollara düşüb. Beləliklə, onların məcmu kapitalı 6,8 milyard dollar azalıb. Eyni zamanda, siyahıdakı dollar milyarderlərinin sayı doqquzdan cəmi dördə enib.

Tatyana Kim “Wildberries”-i 2004-cü ildə yaradıb. Şirkət sonradan Rusiyanın ən böyük elektron ticarət platformalarından birinə çevrilib. Hazırda Kim “Wildberries”-in baş direktoru olmaqla yanaşı, “Wildberries” və “Russ”-un birləşməsindən yaranan “RWB” qrupuna rəhbərlik edir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.