İtaliyanın paytaxtı Romadakı tarixi San Lorenzo in Lucina Bazilikasında restavrasiya edilən mələk fiqurunun üz hissəsi yenidən dəyişdirilərək silinib.
Bazilikanın içərisindəki freskalardan birindəki mələyin üzü əvvəlcə İtaliya Baş naziri Ciorcia Meloniyə bənzədildiyi üçün geniş ictimai müzakirələrə və tənqidlərə səbəb olmuşdu. İddialara görə, restavrasiya işləri nəticəsində mələyin surəti çağdaş siyasi liderin siması ilə oxşarlıq təşkil etmiş və bu, ölkədə ilginc reaksiyalara yol açmışdı.
Məsələ gündəmə gəldikdən sonra həm Vatikan, həm də İtaliya Mədəniyyət Nazirliyi məsələni araşdıraraq restavrasiya işlərinə baxılması qərarına gəlmiş və fiqurun üz hissəsinin kilsənin yenidən açıldığı zaman ərzində örtülərək silindiyi bildirilib. Beləliklə, mələyin artıq əvvəlki üz ifadəsi ilə deyil, sadəcə bədən hissəsi ilə qalması qərara alınmışdır.

Bu hadisə İtaliyada yalnız dini sənət əsərlərindəki dəyişikliklərin deyil, həm də mədəni irsə və siyasətə qarışan elementlərin necə reaksiya doğurması barədə geniş müzakirələrə səbəb olub. Baş nazir Meloni öz sosial media hesabında ironik şəkildə, “Xeyr, mən mələk deyiləm” deyərək bu mövzuya münasibət bildirib.