ABŞ-ın Virciniya ştatının sabiq vitse-qubernatoru Castin Feyrfaks bu gün Annandeyldəki evində həyat yoldaşı Cerina Ferfaksı güllələyərək öldürüb, daha sonra isə intihar edib. Hadisə barədə ilk məlumatı Feyrfaks Kaunti polisi yayıb. Polis rəisi Kevin Devisin sözlərinə görə, olay ailədaxili münaqişə və davam edən boşanma prosesi fonunda baş verib.
Hadisə zamanı cütlüyün yeniyetmə uşaqları evdə olub və onlardan biri 911 xidmətinə zəng edib. Uşaqların hazırda digər ailə üzvlərinin yanında olduğu bildirilir. Feyrfaks ailəsinin təxminən iki ilə yaxındır ayrı yaşadığı, lakin hələ də eyni evdə qaldığı qeyd olunur.