Azərbaycanda 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

Azərbaycanda Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, minimum 21 günlük əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz olunması qadağan ediləcək. İşdən çıxarkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hüququ isə saxlanılacaq.

73

Azərbaycanda işçilərin minimum 21 təqvim günü olan əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin qadağan olunması təklif edilir. Dəyişiklik qəbul edilərsə, işçilər əmək münasibətləri davam etdiyi müddətdə bu məzuniyyət hüququnu pul əvəzinə istirahət üçün istifadə etməli olacaqlar.

MSNews.az xəbər verir ki, bu barədə Əmək Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində qeyd edilib.

Layihəyə əsasən, Əmək Məcəlləsinin 114-cü maddəsində müəyyən edilmiş minimum 21 təqvim günlük məzuniyyətin kompensasiya ilə əvəz olunmasına icazə verilməyəcək.

Yeganə istisna əmək müqaviləsinə xitam verilməsi halıdır. Belə ki, işçi işdən ayrılarkən istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyası almaq hüququnu qoruyacaq.

Bundan başqa, qanun layihəsində əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi qaydalarının dəqiqləşdirilməsi də nəzərdə tutulur.

Dəyişikliklərin 2027-ci ildən tətbiqi nəzərdə tutulur. Yeni qaydalar hələlik layihə mərhələsindədir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti