Yaponiyada məhsul qablaşdırmasındakı şəkilə görə cəza verilə bilər

Yaponiyada məhsulları qablaşdırmada olduğundan daha keyfiyyətli və cəlbedici göstərməklə alıcıları çaşdırmaq qanunla qadağandır. Lakin məhsulun şəkillə tamamilə eyni olması tələb edilmir.

71

Yaponiyada istehsalçılar məhsullarını qablaşdırmada reallıqda olduğundan xeyli keyfiyyətli və cəlbedici göstərdiklərinə görə hüquqi məsuliyyətlə üzləşə bilərlər. Ölkə qanunvericiliyi alıcıları çaşdıran reklam və qablaşdırma təsvirlərini qadağan edir.

MSNews.az xəbər verir ki, Yaponiyada qüvvədə olan Əsassız Hədiyyələrə və Aldadıcı Təqdimatlara Qarşı Qanuna əsasən, məhsulun keyfiyyətinin, xüsusiyyətlərinin və tərkibinin olduğundan əhəmiyyətli dərəcədə üstün göstərilməsi yolverilməzdir.

Bu qayda xüsusilə qida məhsullarının qablaşdırılmasında əhəmiyyət daşıyır. İstehsalçı məhsulun üzərində elə fotoşəkil və ya təsvir yerləşdirməməlidir ki, alıcı onun real tərkibi və keyfiyyəti haqqında yanlış təsəvvürə düşsün.

Lakin geniş yayılan bir iddiadan fərqli olaraq, Yaponiyada məhsulun qablaşdırmadakı şəkillə tamamilə eyni görünməsini tələb edən ümumi qayda yoxdur.

Qanun pozuntusu məhsulun görünüşündəki hər kiçik fərq deyil, onun alıcıya əslində olduğundan əhəmiyyətli dərəcədə üstün təqdim edilməsidir.

Yaponiyanın İstehlakçı Məsələləri Agentliyinin izahına əsasən, reklam və ya qablaşdırmadakı şişirtmənin qanunsuz sayılması onun adi istehlakçının məhsul seçiminə təsir göstərə biləcək səviyyədə olub-olmamasından asılıdır.

Nəzarət orqanları istehsalçılardan məhsul haqqında reklam iddialarını təsdiqləyən sübutlar tələb edə, qanunsuz təqdimatın dayandırılmasına dair göstəriş verə və qanunvericilikdə nəzərdə tutulan hallarda maliyyə sanksiyaları tətbiq edə bilərlər.

Maraqlıdır ki, aldadıcı təqdimatın qəsdən hazırlanması da mütləq şərt deyil. Şirkət səhvən də istehlakçıda ciddi yanlış təsəvvür yaradan məlumat yayıbsa, qanunun tələbləri tətbiq oluna bilər.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti