Tramp Pit Heqseti vəzifədən uzaqlaşdıra bilər

ABŞ Prezidenti Donald Tramp respublikaçıların aralıq seçkilərdəki məğlubiyyətindən sonra müdafiə naziri Pit Heqsetin vəzifədən azad edilməsini nəzərdən keçirir. Mümkün əvəzləyici kimi Florida qubernatoru Ron DeSantisin adı hallanır.

47

ABŞ Prezidenti Donald Tramp respublikaçıların noyabrın 3-də keçirilən aralıq seçkilərdəki məğlubiyyətindən sonra müdafiə naziri Pit Heqseti vəzifədən uzaqlaşdırmağı nəzərdən keçirir.

MSNews.az xəbər verir ki, bu barədə noyabrın 4-də “CBS News” telekanalı vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp yaxın müşavirlərindən Heqsetin vəzifəsində qalıb-qalmamalı olduğunu soruşub. Lakin prezident hələlik yekun qərar qəbul etməyib.

Müdafiə naziri postuna mümkün namizədlər arasında Florida qubernatoru Ron DeSantisin adı çəkilir. Onun namizədliyinin Konqresin yeni tərkibi fəaliyyətə başlamazdan əvvəl təsdiqlənməsi ehtimalı da müzakirə olunur.

Heqsetin mümkün istefası ilə bağlı müzakirələr ABŞ-nin İranla müharibəsi və respublikaçıların seçkilərdəki məğlubiyyəti fonunda aparılır.

Bununla belə, Ağ Ev Heqsetin prezidentin tam etimadını qoruduğunu bildirib. Müdafiə nazirinin vəzifədən azad edilməsi barədə rəsmi qərar yoxdur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti