Tramp Günəş sistemini bütün bəşəriyyətin ortaq məkanı elan etdi

ABŞ Prezidenti Donald Tramp Günəş sistemini və kosmik məkanı bütün bəşəriyyət üçün açıq elan edən bəyannamə imzalayıb. Vaşinqton 2028-ci ilədək Aya astronavt göndərməyi və Marsa ilk insan missiyasına hazırlığı sürətləndirməyi planlaşdırır.

44

ABŞ Prezidenti Donald Tramp Günəş sisteminin və Yerdən kənardakı bütün kosmik məkanın bəşəriyyət üçün açıq olduğunu bəyan edən “Kosmosda azadlığa dair Amerika Bəyannaməsi”ni imzalayıb. Sənəddə ABŞ-nin kosmosun tədqiqi, mənimsənilməsi və daimi yaşayış məntəqələrinin yaradılmasında liderlik etmək niyyəti vurğulanıb.

MSNews.az xəbər verir ki, noyabrın 3-də imzalanmış bəyannamə Ağ Evin rəsmi saytında dərc edilib.

Sənəddə Günəş sistemi və kosmik məkanın bütün insanların istifadəsinə açıq olduğu, ABŞ vətəndaşlarının isə milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olaraq kosmosu tədqiq edə, resurslardan istifadə edə və daimi yaşayış məntəqələri yarada biləcəyi bildirilir.

Tramp 2028-ci ilədək amerikalı astronavtların Aya qayıdacağını, burada daimi Amerika mövcudluğunun əsasının qoyulacağını və Marsa ilk insan missiyasına hazırlığın sürətləndiriləcəyini açıqlayıb.

ABŞ Prezidenti kosmosda liderliyin bəşəriyyətin gələcəyini müəyyənləşdirəcəyini vurğulayaraq bu sahədə üstünlüyün Vaşinqtonun strateji hədəflərindən biri olduğunu bildirib.

Bununla belə, bəyannamə kosmos üzərində ABŞ-nin mülkiyyət hüququ yaratmır və yeni maliyyələşdirmə nəzərdə tutmur. Sənəd əsasən administrasiyanın uzunmüddətli kosmik məqsədlərini bəyan edir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti