“Tenerife” vəfat edən futbolçunun qızına 18 yaşınadək maddi dəstək verəcək

İspaniyanın “Tenerife” klubu meydanda aldığı ağır zədədən sonra vəfat edən Xesus de Migelin azyaşlı qızına maddi dəstək göstərməyi öhdəsinə götürüb. Futbol ictimaiyyəti mərhumun ailəsi üçün yardım kampaniyası başladıb.

32

İspaniyanın “Tenerife” klubu oyun zamanı aldığı ağır zədədən sonra həyatını itirən futbolçusu Xesus de Migelin bir yaşlı qızına 18 yaşınadək maddi dəstək göstərməyi öhdəsinə götürdüyünü bildirib.

MSNews.az xəbər verir ki, bu barədə “The Athletic” nəşrinə istinadən məlumat yayılıb. Klubun əsas səhmdarı Rayko Qarsiya futbolçunun ailəsinin maddi çətinliklərlə üzləşməməsi üçün dəstək göstərəcəklərini vəd edib.

“The Guardian” qəzetinin məlumatına görə, Qarsiya futbolçunun dəfn mərasimindən sonra onun həyat yoldaşı Mariya və azyaşlı qızının gələcəyi ilə bağlı narahatlığını ifadə edərək ailənin ehtiyaclarının qarşılanacağına söz verib.

Qeyd edək ki, 30 yaşlı Xesus de Migel noyabrın 2-də “Andorra” ilə qarşılaşmada rəqib qapıçı Xesus Ovono ilə toqquşaraq ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən futbolçu noyabrın 3-də vəfat edib. “Associated Press” hadisə ilə bağlı araşdırma başladıldığını bildirib.

Faciədən sonra İspaniya futbol ictimaiyyəti mərhumun ailəsinə dəstək üçün birləşib. “Hércules” klubunun hücumçusu Fran Solun təşəbbüsü ilə başladılan yardım kampaniyasında 98 min avrodan çox vəsait toplanıb. “Almería” klubu isə “Tenerife” ilə oyundan əldə olunacaq bilet gəlirlərini ailəyə bağışlayacağını açıqlayıb.

İspaniya Futbol Federasiyası və La Liqa da futbolçunun xatirəsini anmaq üçün oyunlarda bir dəqiqəlik sükut və xüsusi anım tədbirləri təşkil edib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti