Rusiyada müharibədə ölənlərin ailələrinə ödənişlər kəskin azaldılır

Rusiyanın 15 regionunda Ukrayna müharibəsində həlak olan hərbçilərin ailələrinə əlavə ödənişlər azaldılıb və ya dayandırılıb. Ümumilikdə 27 regionda hərbi xidmət müqaviləsi və ölümə görə verilən ödənişlərin ən azı birində ixtisar qeydə alınıb.

32

Rusiyanın müxtəlif regionlarında Ukrayna müharibəsində həlak olan hərbçilərin ailələrinə verilən əlavə kompensasiyalar kəskin şəkildə azaldılır. Araşdırmaya görə, artıq 15 region bu ödənişləri ixtisar edib və ya müəyyən hallarda tamamilə dayandırıb.

MSNews.az xəbər verir ki, bu barədə Rusiyanın “ÇTD” (“Что и требовалось доказать”) layihəsinin regional normativ sənədlər əsasında apardığı araşdırmada bildirilir. Ödənişlərin azaldılması ilə bağlı qərarların təxminən üçdə ikisi 2026-cı ildə qəbul edilib.

Ən ciddi azalma Ulyanovsk vilayətində qeydə alınıb. Burada həlak olan hərbçilərin ailələrinə verilən birdəfəlik regional kompensasiya 1 milyon rubldan 50 min rubla endirilib. Beləliklə, ödənişin məbləği 20 dəfə azalıb.

Orenburq və Nijni Novqorod vilayətlərində, həmçinin Zabaykalye diyarında müəyyən tarixlərdən sonra həlak olan hərbçilərin ailələrinə əlavə regional ödənişlərin verilməsi dayandırılıb.

Müqavilə əsasında hərbi xidmətə yazılan şəxslərə verilən birdəfəlik ödənişlər də azaldılır. 2025-ci ilin əvvəlindən 17 regionda 35 ixtisar qeydə alınıb.

Mari El Respublikasında müvafiq ödəniş 2,3 milyon rubldan 400 min rubla, Çuvaşiyada isə 3,1 milyon rubldan 400 min rubla endirilib.

Araşdırmaya əsasən, Rusiyanın 89 regionundan 27-də bu iki ödəniş növünün ən azı biri azaldılıb. Samara, Saratov, Smolensk və Orenburq vilayətlərində, eləcə də Başqırdıstanda hər iki istiqamətdə ixtisar həyata keçirilib.

Bəzi regional hakimiyyət orqanları qərarlarını büdcə vəsaitlərinin çatışmazlığı və xərclərin tarazlaşdırılması zərurəti ilə izah edirlər.

Qeyd edək ki, dəyişikliklər əsasən regional büdcələrdən verilən əlavə ödənişlərə aiddir. Federal qanunvericiliklə nəzərdə tutulan kompensasiyalar ayrıca qaydada saxlanılır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti