Qəzzada yaralıları müalicə edən misirli cərrah ABŞ Konqresinə seçildi

Misir əsilli amerikalı cərrah Adam Həmavi Nyu-Cersidə keçirilən Konqres seçkilərində böyük üstünlüklə qalib gəlib. Qəzzada könüllü həkim kimi çalışmış Həmavi ştatdan ABŞ Konqresinə seçilən ilk müsəlman olub.

39

Qəzza zolağında müharibə zamanı könüllü cərrah kimi fəaliyyət göstərmiş misir əsilli amerikalı Adam Həmavi ABŞ Nümayəndələr Palatasına seçilib. Demokratlar Partiyasının namizədi Nyu-Cersi ştatının 12-ci seçki dairəsində böyük üstünlüklə qalib gəlib.

MSNews.az xəbər verir ki, noyabrın 3-də keçirilən seçkilərdə 56 yaşlı Həmavi respublikaçı rəqibi Qreq Meleni məğlub edib. Noyabrın 4-nə olan ilkin nəticələrə əsasən, Həmavi səslərin təxminən 70 faizini toplayıb.

Həmavi 2024 və 2025-ci illərdə Qəzzaya humanitar missiyalar çərçivəsində səfər edərək İsrailin hərbi əməliyyatları nəticəsində yaralanmış fələstinlilərə tibbi yardım göstərib. O, ABŞ-nin İsrailə hərbi dəstəyini də açıq şəkildə tənqid edib.

“Anadolu Agentliyi” bildirir ki, Həmavi Nyu-Cersi ştatından ABŞ Konqresinə seçilən ilk müsəlman siyasətçi olub.

İraq müharibəsinin veteranı olan cərrah 2004-cü ildə helikopteri vurulduqdan sonra ağır yaralanan, hazırda ABŞ senatoru olan Temmi Dakvortun həyatını xilas edən həkimlərdən biri kimi də tanınır.

Həmavi 2027-ci il yanvarın 3-də Konqresdə fəaliyyətə başlayacaq. O, təqaüdə çıxan demokrat deputat Bonni Uotson Koulmanı əvəz edəcək.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti