Polşa Rusiya sərhədində xüsusi əməliyyata başladı

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə mümkün təxribatların qarşısını almaq üçün xüsusi təhlükəsizlik əməliyyatına başlayıb. Bölgəyə əlavə polis və antiterror qüvvələri yerləşdirilib.

46

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə mümkün təxribat təhlükəsinə qarşı xüsusi təhlükəsizlik əməliyyatına başlayıb. Ölkənin şimal-şərq bölgələrinə əlavə polis qüvvələri və antiterror bölmələri göndərilib.

MSNews.az xəbər verir ki, bu barədə Polşa Baş Polis İdarəsinin rəisi Marek Boron məlumat verib. Onun sözlərinə görə, əməliyyat hərbi kəşfiyyatın və müttəfiq ölkələrin xüsusi xidmət orqanlarının xəbərdarlıqlarına əsaslanır.

Bu barədə “RMF FM” məlumat yayıb.

Əməliyyat Podlyaşe və Varmiya-Mazuri voyevodalıqlarını əhatə edir. Polis ordu, sərhəd mühafizəsi və xüsusi xidmət orqanları ilə koordinasiyalı fəaliyyət göstərir.

Kəşfiyyat məlumatlarına əsasən, silahlı qrupların sərhədi keçməsi və təxribat aktları törətməsi ehtimalı nəzərdən keçirilir. Bununla əlaqədar 2–8 noyabr tarixlərində polis qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Polşanın Baş naziri Donald Tusk da sərhəddə mümkün təxribatlarla bağlı konkret xəbərdarlıq alındığını təsdiqləyərək əlavə təhlükəsizlik qüvvələrinin yerləşdirildiyini bildirib.

Bununla belə, əməliyyat qabaqlayıcı xarakter daşıyır və sərhəddə silahlı qarşıdurmanın başladığı barədə məlumat yoxdur.

ABŞ və Böyük Britaniyanın Polşada təxribat və ya lokal müharibə təşkil etməyə çalışması barədə yayılan iddiaları təsdiqləyən etibarlı sübut da təqdim edilməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti