Ankarada NATO sammiti öncəsi Montrö gərginliyi

Ankarada keçiriləcək NATO sammiti ərəfəsində Montrö Konvensiyası ətrafında gərginlik artıb, Rusiya və Türkiyə mövqelərini açıqlayıb.

284

Türkiyənin “Sözcü” nəşri yazır ki, Ankarada keçiriləcək NATO sammiti ərəfəsində Montrö Konvensiyası ətrafında yeni gərginlik yaranıb.

Məlumata görə, Adanada NATO korpusunun yaradılması və İstanbul Boğazında dəniz komandanlığının qurulması ilə bağlı iddialar Rusiyanın reaksiyasına səbəb olub. Rusiya səfirliyi 1936-cı ilə aid “Montrö Türkiyənin böyük qələbəsidir” başlıqlı arxiv materialını paylaşaraq konvensiyanın əhəmiyyətini vurğulayıb.

Açıqlamada bildirilib ki, Rusiya Montrö razılaşmasının bütün tərəflər tərəfindən ciddi şəkildə qorunmasını dəstəkləyir və bunu regional sabitlik üçün vacib hesab edir.

Bu arada, 7–8 iyul tarixlərində NATO çərçivəsində Ankarada keçiriləcək sammitin təxirə salınması ehtimalı da gündəmə gəlib. Buna səbəb kimi ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaqla bağlı bəyanatları göstərilir. Lakin onun iştirak etməməsi halında belə sammitin keçirilməsi gözlənilir.

Türkiyə rəsmiləri isə Montrö Konvensiyasının dəyişdirilməsinin mümkün olmadığını vurğulayır. Xarici işlər nazirinin müavini Kemal Bozay parlamentdə çıxışında bildirib ki, “Montrö delinməz” və bu razılaşma Türkiyənin təhlükəsizliyi üçün əsas təminatlardan biridir.

Qeyd edək ki, Montrö Konvensiyası 1936-cı ildə imzalanaraq Türkiyəyə boğazlar üzərində nəzarət və hərbi gəmilərin keçidinə dair xüsusi səlahiyyətlər verir və bu gün də regionun təhlükəsizlik arxitekturasında əsas sənədlərdən biri hesab olunur.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.