Paşinyan: “Ermənistanın KTMT ilə bağlı maraqları tükənib”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) artıq maraq göstərmədiyini açıqlayıb. Ermənistan təşkilatın fəaliyyətində iştirakını dayandırsa da, formal üzvlüyünü saxlayır.

36

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı maraqlarının tamamilə tükəndiyini və artıq təşkilatda iştirak etmək niyyətində olmadığını bəyan edib.

MSNews.az xəbər verir ki, Paşinyan bu barədə noyabrın 5-də hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.

Məlumatı “İnterfaks” və “Armenpress” agentlikləri yayıb.

“Birdəfəlik bəyan etmək istəyirəm ki, KTMT ilə bağlı maraqlarımız tükənib. Artıq KTMT ilə əlaqəli heç bir marağımız yoxdur”, – deyə Ermənistanın Baş naziri bildirib.

Açıqlama KTMT-nin Ermənistanı üzvlük haqlarını ödəmədiyinə görə səsvermə hüququndan və təşkilat daxilində vəzifələrə namizəd irəli sürmək imkanından məhrum edə biləcəyi barədə məlumatlara cavab olaraq səsləndirilib.

Ermənistan 2024-cü ilin fevralından KTMT-də iştirakını dondurub, təşkilatın tədbirlərinə qatılmır və üzvlük haqqı ödəmir.

Bununla belə, Paşinyanın son bəyanatı Ermənistanın KTMT-dən hüquqi baxımdan rəsmən çıxdığı anlamına gəlmir. İrəvan hələ də təşkilatın formal üzvü olaraq qalır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti