Norveç Rusiya sərhədinə əlavə hərbi qüvvələr yerləşdirir

Norveç Rusiya ilə sərhədə yaxın Kirkenes şəhərində dronların aşkarlanması üçün NASAMS sensorları yerləşdirir. Bölgədəki hərbi qarnizon 30-dan çox əsgərlə gücləndiriləcək.

38

Norveç Rusiya ilə sərhədə yaxın Finnmark vilayətində hava məkanına nəzarəti gücləndirmək qərarına gəlib. Kirkenes şəhərində pilotsuz uçuş aparatlarının erkən aşkarlanması üçün NASAMS hava hücumundan müdafiə sisteminin sensorları yerləşdiriləcək.

MSNews.az xəbər verir ki, bu barədə noyabrın 3-də Norveç Müdafiə Nazirliyi məlumat yayıb. Qərara əsasən, Sør-Varanger qarnizonu 30-dan çox əlavə hərbçi ilə gücləndiriləcək. Hərbçilər ilin sonunadək bölgədə xidmət edəcəklər.

Yeni sensorlar sərhədyanı ərazilərdə dronların aşkarlanmasını, onların hərəkətinin izlənilməsini və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsini təmin edəcək.

“Ukrayna təcrübəsi göstərir ki, hava məkanına nəzarət və erkən xəbərdarlıq son dərəcə vacibdir”, – deyə Norveçin müdafiə naziri Ture Sandvik bildirib.

Nazir digər Avropa ölkələrində pilotsuz uçuş aparatlarının istiqamətdən yayınması hallarını xatırladaraq Norveçin belə vəziyyətlərə hazır olmalı olduğunu vurğulayıb.

Oslo tədbirlərin qabaqlayıcı xarakter daşıdığını açıqlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Finnmark bölgəsində konkret yeni təhlükə və ya hava hücumu riskinin artması qeydə alınmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Xəbər lenti