Nikolas Keyc rəsmi adını dəyişdirdi

Nikolas Kim Koppola kimi doğulan məşhur aktyor Nikolas Keyc 2025-ci ildə adını hüquqi olaraq dəyişdirdiyini və artıq şəxsi həyatda da Nik Keyc olduğunu açıqlayıb.

19

Dünyaca məşhur aktyor Nikolas Keyc rəsmi sənədlərdə də adını dəyişdirdiyini bildirib.

Variety”ə müsahibəsində aktyor artıq yalnız səhnə adı ilə yox, şəxsi həyatda da Nik Keyc olduğunu deyib. O bildirib ki, ad dəyişikliyini 2025-ci ildə rəsmiləşdirib.

“Mən Nik Keycəm. Ötən il adımı hüquqi olaraq dəyişdirdim. İndi həm həyatda, həm də kamera qarşısında Nik Keycəm”, — deyə aktyor müsahibəsində bildirib.

Əsl adı Nikolas Kim Koppola olan aktyor məşhur Koppola ailəsinin üzvüdür. O, rejissor Frensis Ford Koppolanın qardaşı oğludur. Lakin sənətçi karyerasının əvvəlindən etibarən özünü ailə soyadından ayrı təqdim etmək istəyib və “Keyc” adını seçib.

Entertainment Weekly” yazır ki, aktyor uzun illər səhnə adı kimi istifadə etdiyi “Keyc” soyadını yalnız ötən il rəsmi sənədlərdə təsdiqlədib. Keyc bunu məşhur ailə soyadının kölgəsindən çıxmaq və öz şəxsi sənət kimliyini qorumaq istəyi ilə izah edib.

Aktyorun sözlərinə görə, “Keyc” soyadı Marvel komikslərinin personajı Lyuk Keyc və amerikalı avanqard bəstəkar Con Keycin yaradıcılığından ilhamlanıb. Bəzi sosial media paylaşımlarında bu adın “Mortal Kombat” personajı Conni Keyclə əlaqələndirildiyi yazılsa da, müsahibəyə əsasən, aktyor əsas ilham mənbələri kimi Lyuk Keyc və Con Keycin adını çəkib.

Nikolas Keyc Hollivudun ən tanınmış aktyorlarından biridir. O, “Leaving Las Vegas” filmindəki roluna görə “Oskar” mükafatı qazanıb, “Adaptation” filmindəki performansı ilə isə daha bir dəfə Akademiya mükafatına namizəd göstərilib.

Beləliklə, aktyor onilliklərdir ekranda istifadə etdiyi Nikolas Keyc adını artıq hüquqi baxımdan da əsas adına çevirib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031