Qazax Dövlət Dram Teatrı mövsümü “Arqon”la başa vurub

Qazax Dövlət Dram Teatrı 88-ci teatr mövsümünə Şəbnəm Xeyrullanın “Arqon” mono-dramı ilə yekun vurub. Tamaşada Arqon obrazını aktyor Vüsal Hüseynov canlandırıb.

247

Qazax Dövlət Dram Teatrı iyulun 18-də Şəbnəm Xeyrullanın “Arqon” mono-dramı ilə 88-ci teatr mövsümünü başa vurub.

MSNews.az xəbər verir ki, psevdosuisidal hoqqa janrında hazırlanan səhnə əsərində Arqon obrazını teatrın aktyoru Vüsal Hüseynov canlandırıb.

Qazax Dövlət Dram Teatrının məlumatına görə, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı isə Aysan Omarova olub. Səhnə əsərini Qazax və ətraf rayonlardan gələn ziyalılar və teatrsevərlər izləyiblər.

“Arqon” tamaşasının Qazax Dövlət Dram Teatrında premyerası 2025-ci il iyunun 11-də keçirilib. Premyera zamanı baş obrazı aktyor Yusif Qoca ifa etmişdi. Mövsümün yekun tamaşasında isə Arqon obrazı Vüsal Hüseynova həvalə olunub.

Qeyd edək ki, Şəbnəm Xeyrullanın “Arqon” əsəri 2024-cü ildə CHARACTERS Müasir Dramaturgiya Festivalı çərçivəsində seçilən qalib pyeslərdən biri olub. “EURODRAM”ın hesabatına əsasən, müsabiqəyə 30 müəllif tərəfindən 40 pyes təqdim edilib və “Arqon” seçilən üç əsər sırasında yer alıb. Qalib pyeslər 2024-cü ilin martında rejissor oxunuşları formatında tamaşaçılara təqdim olunub.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.